MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

IMG-20210426-WA0036

Vüqar Şahbazov: 11 illik təhsili (attestatı) olan hər bir şəxs universitetlərdə təhsil alma hüququna malikdir.

Economic.az saytının  “Müştəri məmnuniyyəti” layihəsinin növbəti müsahibi “Oğuz Edu” Xaricdə təhsil şirkətinin rəhbəri və xaricdə təhsil üzrə ekspert Vüqar Şahbazovdur.

Vüqar müəllim sizi xoş gördük.
İndiki dövrdə gənclər daha çox xaricdə oxumağa üz tuturlar.
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin də əksəriyyəti Türkiyənin payına düşür.
Buna səbəb nədir?

Türkiyə regionun və avropanın ən güclü təhsil sisteminə mailk olan ölkələrindəndir. Eyni zamanda Türkiyədə təhsil haqqı Azərbaycanda və regionda olan universitetlərdən dəfələrlə aşağıdır. Eləcə yaşam tərzi də Azərbaycanlı tələbələr üçün çox uyğundur. Çox hallarda azərbaycanlı tələbələr işləyərək bütün xərclərini və ya xərclərinin bir hissəsini özləri qarşılamalı olurlar.

Türkiyə universtetlərinə qəbul şərtləri necədir?

Türkiyə universitetlərinə qəbul əsasən YÖS, SAT və imtahansız attestatladır. Əksər tələbələr İmtahansız yalnız attesttala qəbula müraciət edirlər.

Vüqar bəy, bəs belə bir qərar çıxmışdı ki, Türkiyə universitetləri azərbaycanlı tələbələri attestatla deyil, yalnız imtahanla qəbul edəcək. Bu nə dərəcədə doğrudur?

Türkiyə universitetlərində qəbul şərtlərini bizim təyin etmə imkanımız yoxdur. Bunu Türkiyə universitetləri özləri təyin edir. Təkcə azərbaycanlı tələbələri deyil bütün dünya ölkələrindən müraciət edən tələbələri imtahansız şəkildə qəbul edirlər. 11 illik təhsili (attestatı) olan hər bir şəxs universitetlərdə təhsil alma hüququna malikdir.

Bəzən deyirlər ki, attestatla tələbə qəbul edən hər hansı universitetin presteji aşağı ,verdiyi təhsil zəif ola bilər. Bu nə dərəcədə doğrudur?

Deyərdim ki, bu tamamilə yalnış fikirdir. İstər imtahanla, istər imtahansız qəbul olan tələbələrin hamısında tədris sistemi və təhsil səviyyəsi eyni olur. Azərbaycan universitetləri də bütün xarici tələbələri imtahansız, attetstatla qəbul edir. Eləcə də, avropanın ən prestejli universitetləri belə imtahansız attestatla tələbə qəbul edirlər.

Vüqar bəy, bir suala da aydınlıq gətirək . Son zamanlar azərbaycanlı tələbələrin Türkiyədə qiyabi təhsil almalarının da şahidi oluruq buna münasibətiniz nədir?

Ümumiyyətlə Türkiyədə qiyabi təhsil yoxdur “Açık oğretim” və “Uzaktan öğretim” təhsili var .
Azərbaycanlı tələbələr əsasən “Açık Öğretim”(Açıq dərs) təhsilinə müraciət edirlər.
“Açık Öğretim” İngiltərdə yaranan təhsil sistemi olub (Open Education). Bütün dünyada geniş yayılmışdır. Azərbaycandakı qiyabi təhsili qismən əvəz etsə də daha çox əyani təhsil sisteminə yaxındır. Çünki tələbələr dərslərə evdən və ya işdən davamlı olaraq qatılırlar (gündəlik və həftəlik) olaraq . “Açık öğretim” və “ “Uzaktan eğitim “ proqramlarında zaçot və smester imtahanları universitetin müəyyən etdiyi imtahan mərkəzlərində olur. Dərs materialları isə hər tələbənin özünə məxsus şəxsi kabinetinə video və PDF dərsləri olaraq yüklənir , “YÖK” ün də qərarına əsasən bu təhsilin diplomu ilə əyani təhsilin diplomu eyni statusa malikdir. 

Bu qədər tələbənin bu təhsil sistemində təhsil almağına rəğmən diplomların Təhsil Nazirliyi tərəfindən tanınmamasına fikriniz nədir?

Deyərdim ki bu əsassız qərardır. Bu təhsil formasının Təhsil Nazirliyi tərəfindən tanınmamasının səbəbini Azərbaycanda bu təhsil sisteminin formalaşmadığı ilə əlaqələndirirlər. Halbuki Təhsil qanunvericiliyində bir təhsil sistemi var. Hətta İqtisad universitetində olan distant təhsili də nümunə gətirmək olar. Bu təhsil sistemi Azərbaycandakı qiyabi təhsil sistemindən dəfələrlə üstündür.
Azərbaycandakı qiyabi təhsil sistemində il ərzidə 2 dəfə hər dəfə 20 gün olmaqla dərs keçrilir. Toplam 1il ərzində 40 gün dərs keçirilir. Atatürk universitetində olan təhsil sistemində isə əyani tələbələrdə olduğu kimi dərslər eyni tarixdə başlayır və tələbələr evdən davamlı olaraq dərs ili müddətində dərslərinə davam edirlər. Burdan göründüyü kimi Atatürk universiteti daha keyfiyyətli təhsil verir.
Buna baxmayaraq, Atatürk universitetinin diplomu Azərbaycanda bütün yerli və xarici şirkətlərdə tanınır . Eləcə də bu təhsil sistemi avropada geniş yayılaraq bütün dünyada tanınır. Yaxın illərdə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən rəsmən tanınması gözlənilir.

OGUZ EDU nə vaxtdan fəaliyyət göstərir ?

Biz xaricdə təhsil şirkəti olaraq 2014- cü ildən rəsmi şəkildə fəaliyyət göstəririk. Hal hazırda 500- dən çox azərbaycanlı tələbə bizim vasitəmizlə xaricdə təhsil alır. Və bunların böyük qismi Türkiyənin payına düşür.

Müsahibədən öncə universitetlər haqqında məlumat topladıq. Həqiqətən təhsil almağa dəyər. 
Bu gün universitetdə oxumaq üçün müraciət etsək hansı şərtlərə və qaydalara(sənədlər və s) əməl olunmalıdır?

Türkiyənin 30-dan çox dövlət universitetlərinə imtahansız şəkildə qəbul edirik. Eləcə də Atatürk universitetində Açık öğretim ( qiyabi təhsil) təhsilinə qəbul aparırıq.
Lazım olan sənədlər yalnız attetstat ,passport və şəkil gətirirsiz digər sənədləşmələri özümüz edirik.

İstənilən bir şirkətin keyfiyyətli xidmətini bilmək üçün onun nəticəsinə nəzər yetirmək bəs edir. Məhz bu baxımdan sizin instagram səhifənizə nəzər yetirdik. Və məzunlarınızın bir neçəsinin şəkillərini gördük.
Məzunlarınızın üzündən məmnunluq hiss olunur.
Bu kimi hallar sizdə işinizin daha da inkişaf etməsinə təkan verirmi?

Təbiiki işimizin inkişaf etməsinə təkan verir. Məqsədimiz yüksək səviyyədə xidmət göstərmək və fəaliyyətlərimizi uzun müddət davam etdirməkdir. Öncəki illərdə qəbul etdirdiyimiz tələbələrimiz bizim qarantimizdir.

Vüqar bəy, geniş və ətraflı məlumatlara görə təşəkkür edirik. İşləriniz avand olsun! 

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

2 şərh Vüqar Şahbazov: 11 illik təhsili (attestatı) olan hər bir şəxs universitetlərdə təhsil alma hüququna malikdir. üçün

  1. ISMAYIL dedi:

    Vugar mellimin telebesi olarag demek isderdim ki ugurlarınız bol olsun ATATÜRK UNIVERSITETI

  2. Narmin dedi:

    Telebelerinin sevimlisi Vugar bey ugurlar size🙏

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top