Vali: Astara-Astara dəmir yolu İran və Azərbaycanın sərhədyanı bölgələrinin iqtisadi inkişafına təkan verəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Vali: Astara-Astara dəmir yolu İran və Azərbaycanın sərhədyanı bölgələrinin iqtisadi inkişafına təkan verəcək

Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti iki ölkəni birləşdirməklə yanaşı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin də əsas hissəsini təşkil edir.

Bu sözləri İranın Gilan Vilayətinin valisi Mustafa Salari dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə İran ilə Azərbaycanı birləşdirən dəmir yolu xəttindən həm beynəlxalq yükdaşımalar üçün həm də iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsi üçün istifadə olunacaq. Gilan vilayəti kənd təsərrüfatı istehsalına görə İranın aparıcı bölgəsidir. Burada istehsal olunan sitrus meyvələr, çəltik və başqa məhsullar Azərbaycan üzərindən Rusiya və Avropa ölkələrinə ixrac edilir. Bu yol hər iki ölkənin sərhədyanı bölgələrinin də iqtisadi inkişafına təkan verəcək. Ötən illərə nisbətən cari ildə ixrac əməliyyatlarının artacağını bildirən M.Salari hər iki dövlətin gəlirlərinin artacağını qeyd edib.

Vali nəzərə çatdırıb ki, İran ilə Azərbaycanın müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi dövlətlərin və xalqların maraqlarını əks etdirir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top