“Unibank” müəllimlərə komissiyasız kredit təklif edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Unibank” müəllimlərə komissiyasız kredit təklif edir

“Unibank” ASC 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil sektorunda çalışanlar üçün 0% komissiyalı kredit kampaniyası keçirir. Bu barədə “Report”a Bankdan bildirilib.

Bu gündən başlayaraq oktyabrın 12-dək “Unibank”ın filiallarına müraciət edən təhsil işçiləri 5 min manata qədər krediti 24 ay müddətinə komissiyasız rəsmiləşdirə biləcəklər. Üstəlik kampaniya müddətində nağd pul krediti götürənlərə “Albalı Plus” debet kartı hədiyyə veriləcək.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən möcvud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70,565 mln. manatdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top