
Unibank Moody’s beynəlxalq agentliyi ilə əməkdaşlığı dayandırıb
Unibank Kommersiya Bankı ASC Moody’s İnvestorlar Xidməti (Moody’s Investors Service) ilə əməkdaşlığı dayandırıb.
Kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur. Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də Moody’s ilə əməkdaşlıq dayandırılıb: “Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün “Moody’s”a kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq”.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər — 2022” proqramını bitirdi
Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance […]
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” […]
Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti […]