
“UNEC-100” İnkişaf Strategiyası: missiya, gələcəyə baxış, əsas dəyərlər
Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC) strateji hədəflərinə doğru inamla irəliləyir.
Economic.az xəbər verir ki, 2030-cu ilə qədər fəaliyyət istiqamətləri və uğur modelini özündə əks etdirən “UNEC-100” İnkişaf Strategiyasında UNEC-in missiyası, gələcəyə baxışı və dəyərləri yer alıb.
Strategiyaya əsasən, UNEC-in missiyası ölkəsi və insanlıq naminə universal dəyərlərə əsaslanaraq, yüksək keyfiyyətli tədqiqatlar aparmaq, təhsil vermək və sosial xidmətlər göstərməkdir.
Regionun ən böyük iqtisadyönümlü ali təhsil müəssisəsinin gələcəyə baxışı isə 100 yaşında dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməkdir.
UNEC akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünməyi və ekologiyaya həssaslığı əsas dəyərləri kimi müəyyən edib.
BƏNZƏR MƏQALƏLƏR
Bütün pensiyalar bu tarixdə tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət Sosial Müdafiə […]
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq
Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair Müqavilə imzalanıb Azərbaycan Respublikası ilə Rusiya Federasiyası […]
“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığorta üzrə ödənişləri də proaktiv qaydada təyin […]