Türk səyahət şirkətləri UEFA AVRO 2020 ilə bağlı məlumatlandırılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Türk səyahət şirkətləri UEFA AVRO 2020 ilə bağlı məlumatlandırılıb

Mayın 25-də Azərbaycan Turizm Bürosu və Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) təşkil etdiyi vebinarda türk səyahət şirkətləri UEFA AVRO 2020 ilə bağlı məlumatlandırılıb.

İştirakçılara A qrupunun oyunlarının və 1/4 final mərhələsinin keçiriləcəyi Bakı Olimpiya Stadionuna giriş və müxtəlif PCR test məntəqləri haqqında məlumatlar təqdim olunub.

Vebinarda Azərbaycanda cari vəziyyət, pandemiya dövründə Azərbaycana səfər etməklə və ölkədən çıxışla bağlı şərtlər haqqında informasiyalar təqdim olunub.

Türkiyənin səyahət sektorunu təmsil edən 53-dən çox şirkətin qatıldığı vebinarda Azərbaycan Turizm Bürosu, Bakı Turizm İnformasiya Mərkəzi, “Türk Hava Yolları”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA) nümayəndələri və 4 turizm şirkəti iştirak edib.

İnteraktiv formada keçirilən vebinarda Azərbaycan nümayəndələri iştirakçıların suallarını cavablandıraraq Turkiyənin səyahət agentlərinə müxtəlif səyahət paketlərini təqdim ediblər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda 12 iyunda Uels – İsveçrə, 16 iyunda Türkiyə – Uels, 20 iyunda Türkiyə – İsveçrə oyunları, 3 iyulda isə 1/4 final mərhələsi keçiriləcək.

Oyunlarla əlaqədar Azərbaycana İsveçrə, Uels və Türkiyədən futbol azarkeşlərinin gəlişi gözlənilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top