Turizmin inkişafı prioritet hədəflərdən biridir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Turizmin inkişafı prioritet hədəflərdən biridir

Bir çox dövlətlərin  iqtisadiyyatına  böyük həcmdə gəlir gətirən turizm sektorunun inkişafına son vaxtlar ölkəmizdə də xüsusi diqqət yetirilir.İstər milli mənfəətə, istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərən bu sahənin inkişafında  nəinki turizm şirkətləri, həmçinin  ölkə rəhbərliyi və müvafiq təşkilatlar da maraqlıdırlar. Bu səbəbdən də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən 16 komisiyadan biri də “Turizm müəssisələri ilə iş komissiyası”  adı ilə yaradılıb. Komissiyanın tərkibində ölkəmizdə fəaliyyət göstərən tanınmış turizm şirkətlərinin rəhbərləri təmsil olunurlar.

Bu gün keçirilən “Turizm müəssisələri ilə iş komissiyası” nın   2-ci iclasında da komissiya sədri,Sağlamlıq və Termal turizm assosiasiyasının sədri, “Millennium” turizm şirkətinin direktoru Ruslan Quliyev tədbiri giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən tədbirlərdən, turizmin inkişafına tövhə verə biləcək qanun və sərəncamlardan söhbət açdı. Bildirdi ki, bu gün  Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Respublikamızda iqtisadiyyatın yalnız neft amilindən asılılığının qarşısının  alınması istiqamətində həyata keçirilən tədbirlərdə turizm şirkətlərinin də üzərinə böyük məsuliyyət düşür. Odur ki, yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm də müasirliyi ilə fərqlənən Azərbaycanda tezliklə turizm sektorunun daha templə  inkişafı diqqət mərkəzində olmalıdır.

Daha sonra Turizm müəssisələri ilə iş komissiyası” nın   əsasnaməsi səsə qoyaraq qəbul edilib. İclasda  “New Baku Hoteli”-in icraçı direktoru Ceyhun Aşurovkomissiyanın sədr müavini  seçilib.

İclasda qeyd olunub ki, komissiyanın əsas  fəaliyyət istiqamətləri  ölkəmizdə  turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizmdən gələn iqtisadi faydaları ən yüksək həddə çatdırmaq, turizm sahəsində fəaliyyət göstərən qurumların, birliklərin  fəaliyyətinin əlaqələndirilməsi, ASK-nın timsalında ölkədə milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi və  onların fəal potensialından istifadə edərək xarici iqtisadi əlaqələri və beynəlxalq iqtisadi əməkdaşlığı müasir tələblərə uyğun qurmaq, həmçinin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarət olacaqdır.

Toplantıda iştirak edən digər qurumların nümayəndələri də ölkəmizdə  turizm sahəsində mövcud vəziyyətlə bağlı  maraqlı təkliflər səsləndiriblər.

 AMEA-nın Texniki Estetika İnstitutunun direktoru Qurban Dostəlizadə beynəlxalq və regional turizmin inkişafına sərmayə yatırmaq arzusunda olan investorlar üçün maraqlı biznes təklifi ilə çıxış edib. “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi ilə  komissiya üzvlərini tanış edən Q. Dostəlizadə 10 ildən çoxdur layihə üzərində işlədiyini qeyd edib. Bildirib ki, layihədə əsasən Azərbaycan –Türkiyə arası  “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” adı ilə Qafqaz regionu ölkələrini əhatə edəcək beynəlxalq turizm marşurutunun yaradılması qərara alınmışdır.

Daha sonra layihə müzakirə edilib, gələcəkdə komissiya üzvlərinin də bu işdə maraqlı ola biləcəkləri qənaətinə gəlinib.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top