Turistlər üçün ən təhlükəsiz ölkələr
Turistlər üçün yeni interaktiv xəritələr tərtib olunub. Ümumi təhlükəsizlik, tibb və yolların vəziyyəti ilə bağlı aparılmış araşdırmaların əks olunduğu xəritələrdə bütün göstəricilər üzrə Finlandiya birinci yerdədir.
Economic.az AZƏRTAC a istinadən xəbər verir ki, “İnternational SOS” agentliyinin tərtib etdiyi xəritələr üzrə ən təhlükəsiz ölkələr Finlandiya, Norveç və İslandiya, təhlükəli isə Liviya, Əfqanıstan və Somalidir.
Tibbi göstəricilər baxımından da, bütün Mərkəzi, Şimali və Qərbi Avropa, o cümlədən Türkiyə, ABŞ, Kanada, Yaponiya və Avstraliya ən yaxşı ölkə hesab olunur. Bu sahə üzrə ən pis vəziyyət isə Venesuela, Liviya, İraq, Suriya və bir sıra Afrika ölkələrində qeydə alınıb.
Yolların vəziyyəti və təhlükəsizliyi baxımından da ilk yerlərdə Şimali və Qərbi Avropa, Kanada, Yaponiya, Avstraliya qərarlaşır.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]