TuranBank oktyabr ayını mənfəətlə başa vurmuşdur
31 oktyabr 2016-cı il tarixinə TuranBankın aktivləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,2% artaraq 530,1 mln. manat təşkil etmişdir. Economic.az bankın saytına istinadən xəbər verir ki, bankın kredit portfeli isə ötən ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 275 mln. manat təşkil etmişdir.
31 oktyabr 2016-cı il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 210,6 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi isə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2% artaraq 103 mln. manat olmuşdur.
31 oktyabr 2016-cı tarixinə Bankın nizamnamə kapitalı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% artaraq 55 mln. manat təşkil etmişdir.
Cari ilin 10 ayı ərzində Bankın gəlirləri 31,7 mln. manat, xərcləri isə 32,6 mln. manat təşkil etmişdir. Xüsusilə qeyd etmək lazmdır ki, cari ilin oktyabr ayı üzrə Bank 202,2 min manat mənfəət əldə etmişdir ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayları üzrə yaranmış 1,1 mln manat məbləğində zərərin 18,3% azalaraq 903,5 min manata enməsi ilə nəticələnmişdir.
Bank hazırda müştərilərə manat və ABŞ dollarında sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditlərini təklif edir.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, kredit borclarını həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də ödəmək imkanına malikdirlər.
Bank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV-nin 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.
Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür: http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/
Bank müştərilərinə “Sirlər Xəzinəsi” kampaniyası adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini də təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları da təklif edilir.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı onun veb saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
– See more at: http://turanbank.az/bizim-bank/bank-xbrlri/6143/#sthash.ZsTID292.dpuf
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]