MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

demirbank

“Təmassız ödəniş kartları üzrə lider bank”

“DəmirBank” ASC 2015-ci ildə ödəniş kartları ilə POS-terminal vasitəsilə aparılan ölkədaxili təmassız ödənişlərin ümumi sayına görə Mərkəzi Bank tərəfindən “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə birinci yerə layiq görülüb. Bankdan  verilən xəbərə görə, eyni zamanda, bank “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə də birinci yeri tutub.

“DəmirBank” Azərbaycan plastik kartlar bazarında ilk banklardan biri olaraq 2015-ci ilin 3-cü rübündə ən son texnologiyalardan olan təmassız kartlar layihəsini reallaşdıraraq müştərilərinə təqdim edib. Bununla müştərilər vaxtlarına qənaət edərək nağdsız ödənişləri rahat şəkildə həyata keçirmə imkanını əldə ediblər. Eyni zamanda bir sıra ticarət nöqtələrinə təmassız ödəniş kart əməliyyatlarını həyata keçirməyə imkan verən POS-terminallar quraşdırılıb.

“DəmirBank” hər zaman plastik kart biznesi üzrə ön sıralarda olmuşdur. Belə ki, “DəmirBank” ölkədə kart emissiya edən ilk banklardan biridir. Hətta bəzi banklarda nağdsız ödənişlərin həyata keçirilməsi üçün sponsorluq funksiyasını yerinə yetirir.

Bankda bu sahədə böyük həcmdə investisiyalar qoyulub, nağdsız ödənişlərin inkişafı üçün bir sıra köklü yeniliklər həyata keçirilib. Yaxın zamanlarda yeni plastik kart proqram təminatına keçid olacaq ki, bunun nəticəsində plastik kartlara əsaslanan bir sıra yeni, innovativ bank məhsulları müştərilərin ixtiyarına veriləcək.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top