MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

manat

Təklif: Kompensasiya xarakterli əvəzsiz ödənişlər vergi ödəyicisinin hesabına köçürülməlidir

Zərərin bağlanması üçün əlavə dəyər vergisi (ƏDV) qeydiyyatında olan vergi ödəyicisinə kompensasiya xarakterli əvəzsiz ödənişlər (subsidiya, dotasiya və s.) üzrə ƏDV-siz məbləğ həmin şəxsin hesabına, ƏDV-nin məbləği isə əlavə dəyər vergisinin depozit hesabına köçürülməlidir. Economic.aaz Trend-ə istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə deyilir.

Qeyd olunur ki, Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində əlavə dəyər vergisi qeydiyyatında olan və təqdim etdikləri xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənən dövlət müəssisələrində keçirilən audit tədbirləri zamanı maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə yaranan zərərin bağlanması üçün kompensasiya xarakterli əvəzsiz daxilolmaların (dövlət büdcəsindən ayrılan subsidiyalar, dotasiyalar və s. əvəzsiz daxilolmalar, ƏDV ilə birlikdə) gəlir kimi mənfəət vergisinin bəyannaməsinə daxil edilsə də, əlavə dəyər vergisi bəyannamələrində nəzərə alınmamasına yol verilməsi halları aşkar olunub.

Bu baxımdan ƏDV-yə cəlb olunan malların (işlərin və xidmətlərin) təqdim edilməsindən yaranan zərərin bağlanması üçün ayrılan subsidiya, dotasiya və sair bu kimi əvəzsiz daxilolmalar üzrə ƏDV məbləğinin birbaşa qanunvericiliklə müəyyən edilmiş depozit hesabına köçürülməsi dövlət büdcəsi ilə hesablaşmaların həyata keçirilməsində vergidən yayınma hallarına səbəb ola biləcək şəraitin qabaqcadan aradan qaldırılmasını təmin etmiş olar.

Göstərilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (işlərin və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.4-cü maddəsinə bu məzmunda bəndin əlavə olunması məqsədəmüvafiq hesab edilir.

trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top