MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

TBC

TBC-də yeni iş elanı

Vakansiya haqqında məlumat:

TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT MMC Məhkəmə qərarı olan girovsuz kreditlərin icra edilməsini təmin etmək üçün mülki-hüquqi müqavilə əsasında (VÖEN) işləyə biləcək şəxsləri (kollektorı) dəvət edir.

Tələblər:

• Ali təhsil (hüquq sahəsində ali təhsil arzuolunandır)

• Məhkəmə İcra orqanları ilə əməkdaşlıq üzrə ən azı 1 il iş təcrübəsi (hüquq mühafizə orqanlarında iş təcrübəsi arzuolunandır)

• Yaxşı ünsiyyət və rabitə bacarığı

Əsas öhdəliklər:

• Məhkəmə qərarı olan girovsuz kreditlərin icra edilməsini təmin etmək

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri  15 may 2016-cı il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kollektor). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top