
Tahir Mirkişili: Atılan addımlar Azərbaycan iqtisadiyyatının artmasına, yeni iqtisadi artım mənbələrinin yaranmasına gətirib çıxaracaq
«2016-cı il bütün dünya ölkələri üçün həm iqtisadi, həm də siyası və hərbi cəhətdən çətin və mürəkkəb bir il olaraq yadda qaldı. Bu il həm də Azərbaycan üçün müəyyən qədər çətin bir iqtisadi il oldu. Dünya iqtisadiyyatında baş verən iqtisadi təlatümlər və qeyri-sabitliklər ölkəmizə də təsir etdi». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, ölkə iqtisadiyyatına bu formada neqativ yan təsirləri neytrallaşdırmaq və iqtisadiyyatının gələcək illərdə də dayanıqlığını təmin etmək üçün 2016-cı ildə ölkə Prezidentinin rəhbərliyi ilə dərin iqtisadi islahatlara start verildi. Onun sözlərinə görə, islahatların hərtərəfli, uzunmüddətli və effektiv olması məqsədilə yaxın, orta və uzunmüddəti əhatə edən “Strateji yol xəritələri” təsdiq olundu.
«Həmçinin, ölkədəki biznes mühitin daha əlverişli olması, investisiya cəlbediciliyini artırılması, milli istehsalın dəstəklənməsi, ixraca dəstək məqsədilə çoxsaylı qanunverilcik aktları, fərman və sərəncamlar imzalandı. Tarixdə ilk dəfə olaraq növbəti ilin dövlət büdcəsinin gəlirlələrinda qeyri-neft sektorunun payı 50%-i aşması proqnozlaşdırıldı. Təsadüfü deyil ki, bir çox sahələrdə azalmalara baxmayaraq məhz qeyri-neft sənayesi və kənd təsərrüfatı sektoru 2016-cı ili artımla başa vurdu. Qeyd etmək lazımdır ki, məhz bu sektorlar 2016-cı ildə islahatların əsas obyekti oldu. Təbii ki, islahatların nəticələri adətən orta və uzunmüddətli dövrdə özünü göstərir. Bu baxımdan atılan addımların qısa müddətdə effektivliyi bu tədbirlərin növbəti illərdə də Azərbaycan iqtisadiyyatının artmasına, yeni iqtisadi artım mənbələrinin yaranmasına və iqtisadi inkişafın inkluzivliyinə gətirib çıxaracağına deməyə imkan verir»- deyə, T.Mirkişili vurğulayıb.
BƏNZƏR MƏQALƏLƏR
Əhməd İsmayılov: Milli mətbuatımız ötən 145 ildə zəngin və şərəfli yol keçib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd […]
Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir”
Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən […]
Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik
Economic.az müsahibəni təqdim edir. Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq […]