MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

sos1

“SOS Uşaq Kəndləri – Azərbaycan” yeni sosial videoçarxlar təqdim etdi

“Economic”in məlumatına görə, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının qorunmasında cəmiyyətin rolunun artırılmasının təşviqi” adlı konfrans keçirib. Konfrans çərçivəsində uşaq hüquqlarının qorunmasına həsr olunmuş üç videoçarx nümayiş olunub.
Videoçarxları bu linkdən yükləmək olar: https://wetransfer.com/downloads/52186f6fe07777254fc4749272bd6d6120180726134857/8a135f
Videoçarxlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gəlib. Onların hazırlanmasında məqsəd uşaq hüquqlarının qorunması, sağlam və intellektual gənc nəslin yetişməsinə dəstək,körpələrin ailədə yaşaması, təhsil və adekvat yaşayış şərtləri ilə təmin edilməsi hüququnun təbliği, ictimaiyyətin diqqətinin bu məsələlərə yönəldilməsidir. Videoçarxların ssenarisinin hazırlanması və çəkilişi McCann Baku tərəfindən həyata keçirilmişdir.
“Bu layihənin təşkilatımız üçün əhəmiyyəti böyükdür. Təşkilat uzun illərdən bəridir, uşaq hüquqlarının müdafiəsi sahəsində ictimai vəkil kimi çıxış edir. Layihə nəticəsində çəkilən videoçarxlar, cəmiyyətə uşaq hüquqları barədə çatdırmaq istədiyimiz mesajı özündə sadə formada əks etdirir. Əminəm ki, onlar bu mövzuda maariflənmə işinə öz töhfəsini verəcək”. Təşkilatın milli direktoru Rəşad Hüseynov belə deyib.
“SOS Uşaq Kəndləri – Azərbaycan” valideyn himayəsindən məhrum və ya atılma riski altında olan uşaqları ailə əsaslı qayğı və digər xidmətlərlə təmin edir. SOS Azərbaycan bütün layihələrində BMT-nin Uşaq Hüquqları Konvensiyasını rəhbər tutur.Uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirir. Ailə mühitinin uşaq üçün ən əhəmiyyətli dəyər olduğuna əminliklə fəaliyyət göstərən “SOS Uşaq Kəndləri – Azərbaycan” 19 ildir ki, valideyn himayəsindən məhrum uşaqlara qayğı göstərir. Hazırda Bakıda və Gəncədə yerləşən Uşaq Kəndlərində 200-ə yaxın uşaq və gənc yaşayır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top