SOCAR qazma işlərinin həcmini AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işləri həyata keçirilib.
SOCAR-dan verilən məlumata görə, hesabat dövründə şirkət tərəfindən 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 811 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı təqribən 2,5 milyard kub metr təşkil edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]