“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı 18 may tarixində start götürüb. Qabiliyyət imtahanının sessiyaları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan 161 nömrəli tam orta məktəb və 263 nömrəli tam orta məktəbdə baş tutub.

Oxu.Az-ın məlumatına görə, suallar verbal, rəqəmsal və abstrakt təhlil olmaqla üç blok üzrə hazırlanıb.

Qabiliyyət imtahanının nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq T-bal şkalası ilə hesablanacaq. Bu qiymətləndirmə metodu beynəlxalq imtahan sistemlərində (TOEFL, GMAT, SAT) istifadə edilir və Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq edilib. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

“Qabiliyyət imtahanının nəticələri bütün imtahan sessiyaları bitdikdən sonrakı beş-yeddi iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf üçün pul mükafatı əldə edirlər.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalanıb.

Əzizə İsmayılova

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top