MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

avto qəza

Sığorta şirkəti ölən və xəsarət alan 8 nəfərə görə ödəniş verdi 113

“Standard İnsurance” sığorta şirkəti mart ayında böyük ödənişini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, sığorta ödənişi avtomobilin icbari sığortası üzrə verilib. Qəza ötən il dekabr ayının 12-də Ağdaş rayonunda baş verib.

İdarəetməni itirən sürücü “Mercedes Benz” avtomobili ilə “Geely” avtomobilinin toqquşmasına səbəb olub. Nəticədə “Geely” markalı avtomobildə olan 8 sərnişindən 2-si aldığı xəsarətlərdən dünyasını dəyişib, 5 nəfər ağır, 1 nəfər isə yüngül xəsarət alıb.

“Mercedes Benz” avtomobilinin icbari sığortası üzrə ölüm halına görə 10 min manat, ağır xəsarətlərə görə 7500 manat və yüngül xəsarətə görə 750 manat olmaqla ümumilikdə 18 250 manat sığorta ödənişi verilib. Ödəniş qəzada həlak olanların ailə üzvlərinə verilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top