Sığorta sektorunda bir sıra lisenziyalar ləğv edilib. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sığorta sektorunda bir sıra lisenziyalar ləğv edilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 aprel 2022-ci il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 35 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Bundan əlavə, idarə heyətinin eyni tarixli qərarı ilə lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq siyahıda göstərilən (siyahı əlavə olunur) 6 nəfər fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top