Səyyar “ASAN xidmət” qarşıdakı aylarda xidmət göstərəcək rayon və şəhərlərin adlarını açıqlayıb
Səyyar “ASAN xidmət” noyabrın yarısı və dekabr ayında səyyar xidmət göstərəcək rayon və şərlərin adlarını açıqlayıb. Səyyar asan xidmətin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN xidmət” noyabrın 14-dən 28-ə qədər İmişli və Qazax rayonlarında, Sumqayıt şəhərinin Hacı Zeynalabidin Tağıyev qəsəbəsində, dekabrın 13-ə kimi Astarada vətəndaşlara xidmət göstərəcək. Bundan əlavə, “ASAN xidmət” noyabrın 22-ə qədər Qubada, noyabrın 16-a kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, noyabrın 21-ə qədər Naftalanda, dekabrın 6-ı qədər Şamaxı və Yevlaxda da səyyar xidmət göstərməkdə davam edəcək. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdikləri xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi daxildir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat təqdim edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]