
Şəhid ailələrinə təqaüd kartları təqdim edilib
Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi əməkdaşları tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə görüşləri davam etdirir.
Nazirlikdən “Economic”ə verilən məlumata görə, bu dəfə Nazirliyin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Lənkəranın Ürgə kəndindəşəhid polkovnik-leytenant Mehman Şirvanovun, Masallırayonunda şəhid Murad Nefesovun və Biləsuvarın Nəsimi kəndində şəhid Seyran Vəliyevin ailələrində olublar.
Hər üç şəhid ailəsinə Prezidentinaylıq təqaüdü, sosial müavinətlər artıq təyin edilib. Fondun sədr müavini Mətin Əsgərli bu barədə şəhid ailələrinə məlumat verib, təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.
Şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri onların diqqətinə çatdırılıb. İstədikləri halda bu tədbirlərdən necə faydalanmaları olduqları, ümumilikdə gələcəkdə yaşayışlarının daim diqqətdə saxlanacağıbarədə məlumat verilib.
Şəhidlərin ailələrinin sosial vəziyyətləri öyrənilib, onların ailə üzvlərinin məşğulluq və özünüməşğulluq yönümündə gələcəkdə müvafiq dəstək tədbirləri ilə əhatə olunmaları üçün qeydlər aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Karantin rejiminə əməl etməyənlər cərimələndi
Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana […]
Özünüməşğulluq proqramı ilə bağlı araşdırma aparılacaq
Əmək bazarında mühüm rola malik proqramın əhatə dairəsi son illərdə 10 dəfə genişlənib. Əmək və […]