MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

menzil

Şəhid ailələri və müharibə əlillərinə 100 mənzil, 50 avtomobil verildi

Şəhid ailələri və müharibə əlillərinə 100 mənzil, müharibə əlilləri və onlara bərabər tutulanlara 50 avtomobil verildi

 Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə, həmçinin Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə 50 avtomobil təqdim edilib.

Dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.

Nazirlikdən Economic-ə verilən məlumata görə, mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev 15 iyun – Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndər dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi.

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətləri diqqətə çatdıran nazir müavini əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan mühüm addımları qeyd edib. Eyni zamanda ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial islahatları, pandemiya dövründə də 4,8 milyon vətəndaşı əhatə edən geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

A.Əliyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7800-dək mənzil və fərdi ev təqdim edilib.

Qeyd edilib ki, Nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilir. (Bölgələrdə yaşayan müharibə əlilləri və onlara bərabər tutulanlar üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq Neftçala rayonunda verilir.)  Bununla da Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6800 avtomobil verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsinə və rifah halının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top