Sahibkarların Nəzərinə! – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sahibkarların Nəzərinə!

Bildiririk ki, İran İslam  Respublikasının Azərbaycandakı  səfirliyinin  vasitəçiliyi  ilə  bu yaxınlarda   İranın  Ərdəbil  və  Təbriz  şəhərlərindən olan  bir  qrup iş adamı  Bakı  şəhərində  işgüzar  səfərdə olmuş  və  bir sıra  görüşlər  keçirmişlər.

Səfər çərçivəsində  Azərbaycan  Sahibkarlar ( İşəgötürənlər ) Təşkilatları  Milli  Konfederasiyasının  rəhbərliyi  ilə  görüş zamanı  Ərdəbil vilayətinin  valisi  cənab Məcid Xudabəxş və  Təbriz  Ticarət  və Sənaye Palatasının üzvü cənab Əlirza Purağabalayi  azərbaycanlı iş  adamlarını  İrana   işgüzar  səfərə  dəvət  etmişdir.

ASK-nın prezidenti cənab M.Musayevin başçılığı ilə 17-20  dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasına baş tutacaq  səfərdə  Ərdəbil və Təbriz  şəhərlərində İranlı iş adamları  ilə sıx əməkdaşlıq, partnyorlar tapılması,  biznes  əlaqələrinin genişləndirilməsi və s. sahələrdə müxtəlif o cümlədən ikitərəfli   görüşlərin (B2B) keçirilməsi  nəzərdə tutulmuşdur.

Odur ki, yuxarıda  göstərilənləri  nəzərə alaraq  sizi  bu  işgüzar səfərdə  iştirak  etməyə  dəvət edir, iştirak edəcəyiniz  tədqirdə  məktuba əlavə olunan formanı doldurub 01 dekabr 2016-cı il tarixədək ASK-ya  məlumat verməyiniz xahiş olunur.

 

Əlaqələndirici  şəxs:  Rauf  Əliyev

E-mail-raliyev@ask.org.az

Tel: 012 465 72 43; 070 290 99 11

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top