Sabah Azərbaycanda uçot dərəcəsi artırılacaq? – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Sabah Azərbaycanda uçot dərəcəsi artırılacaq? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2023-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Belə ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını proqnozlaşdırıb. 

Noyabrın 1-də AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Bəs Azərbaycanda uçot dərəcəsi artacaqmı?

İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, uçot dərəcəsinin artırılması mənfi nəticələrə səbəb olur:

“Hazırda Azərbaycanda mövcud iqtisadi aktivliyi, inflyasiyanın vəziyyətini, eyni zamanda, artım dinamikasının yavaşlamasını nəzərə alsaq, fikrimcə, sabah AMB uçot dərəcəsini stabil saxlayacaq. Çünki uçot dərəcəsinin artırılmasının mənfi tərəfləri var”.

Ekspert qeyd edib ki, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağı gözlənilir:

“Bu il manatı hər hansı bir təhdidlər gözləmir. Çünki manata olan təzyiqi qarşılamaq üçün neft yaxşı qiymətə satılır, yetəri qədər valyuta ehtiyatlarına sahibik. Eyni zamanda, AMB və Dövlət Neft Fondunun transferi ilə bağlı problem yoxdur.

Qeyd edim ki, dollara olan tələb ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Bununla da manata hər hansısa bir təzyiqin səviyyəsi təhlükəli həddə deyil. Buna görə də hər hansı sərt monetar siyasətin həyata keçirilməsinə indiki məqamda ehtiyac yoxdur”.

İlhamə Əbülfət

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top