Rusiyanın məşhur səyahət verilişi "Поедем, поедим!" bu dəfəki buraxılışını Azərbaycana həsr edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiyanın məşhur səyahət verilişi “Поедем, поедим!” bu dəfəki buraxılışını Azərbaycana həsr edib

Dekabrın 4-də Rusiyanın “NTV” teleanalında məşhur səyahət proqramı “Поедем, поедим!”in Azərbaycana həsr olunmuş buraxılışı efirə gedib.

Porqramın çəkilişləri Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 4-8 oktyabrda baş tutub.

Dənizkənarı Bulvarın görüntüləri ilə başlayan proqramda aparıcı Federiko Arnaldi “Christal Hall”,  “Dəniz Mall”, Milli Xalça Muzeyi, o cümlədən “Kiçik Venesiya” şəhərciyinin arxitekturası haqqında məlumat verib.

O bildirib ki, Bakıdakı hər bir memarlıq nümunəsi futurisktik və ultramüasir görüntüsünə baxmayaraq özündə xalqın mədəni irsi və tarixi elementlərini əks etdirir.

Verilişdə, həmçinin Azərbaycan və dünyanın müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi və “Alov qüllələri” kompleksi işıqlandırılıb.

İçərişəhərdə baş tutan çəkilişlərdə aparıcı Azərbaycan milli mətbəxi və ölkəmizin çay mədəniyyəti ilə tanış olub.

Verilişdə çərçivəsində paytaxtın hotel, nəqliyyat və yol infrasturkturu haqqında da danışılıb.

Çəkilişlər Bakı ilə birgə Lənkəran şəhərində baş tutub. Aparıcı Lənkərandakı Sitrus bağlarına baş çəkib, regionun mətbəx nümunələrini dadıb.

Proqram “NTV” telekanalının 14 milyondan çox abunəçisi olan rəsmi “Youtube” kanalında yerləşdirilib.

Baxmaq üçün: https://bit.ly/3ptthoG

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top