Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin bahalaşa bilər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin bahalaşa bilər

Rusiya və Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Buna baxmayaraq, tikinti materialları bazarında kəskin qiymət artımı müşahidə olunmur.

Bu barədə  əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlama verib.

Lakin bəzi tikinti materiallarının qiymətində artım var. Bu da müəyyən dövr ərzində olacaq. Əsas səbəblər isə Ukrayna bazarlarında yaranan böhran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Buna görə də həmin ölkələrdən göndərilən materiallarda texniki səbəbdən gecikmələr olur. Yaxın iki həftə ərzində ciddi qiymət artımı gözlənilmir. Rusiya-Ukrayna müharibəsi uzanarsa, tikinti materialları kəskin şəkildə bahalaşa bilər. Hazırda dik, karton məmulatları və dam örtüklərinin qiymətlərində 10% artım müşahidə olunur”, – deyə ekspert bildirib. / Trend.az

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top