MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Martın 30-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın (AMB) 50101396S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 404 milyon 435 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar aprelin 27-də ödəniləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top