MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

yararsız ət

QİDA ÜÇÜN YARARSIZ OLAN ƏT MƏHSULLARI ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçıvəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və müvafiq dövlət qurumları əlaqəli nəzarət tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatları əsasında Qaradağ rayonu ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilmiş, mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın sümüksüz ətlərin müayinəsi Respublika Baytarlıq Laboratoriyasında aparılmışdır. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz  və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız və at əti olması müəyyən edilmişdir.

Həmçinin Xidmətin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq nəzarəti həyata keçirilərkən Masazır kəndinin “Qurtuluş” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib  Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunmuşdur.

Baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmişdir. Müayinə zamanı 1000 kq-a yaxın sümüksüz ətin, farşın və toyuq məsullarının bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz  və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyən edilmişdir.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun olaraq həm Qaradağ rayon ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilən sümüksüz at ətinin, həm də Masazır kəndinin “Qurtuluş” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib  Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında aşkar olunan bakterioloji çirklənməyə, baytarlıq-sanitariya cəhətdən yararsız olan ət və ət məhsullarının Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və  sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top