Qətərlə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qətərlə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

ECONOMİC: Azərbaycan və Qətər arasında turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı turist mübadiləsi, mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsinin aparılması sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətərin Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti arasında keçirilən görüşdə müzakirə olunub.

Fuad Nağıyev Agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, oradakı irs nümunələrinin konservasiyası üzrə layihələr və planlar, Lahıc, Basqal, Şəki kimi qoruqlarda maddi mədəniyyət və sənətkarlıq nümunələrinin əsas komponent olması haqqında danışıb.

O, həmçinin Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə Azərbaycanın Katarada keçirilən festivallarda təmsil olunmasından məmnunluq duyacağını qeyd edib.

Xalid Bin İbrahim Əl-Süleyti Katara Mədəniyyət Şəhərciyinin Qətərin ən çox turist cəlb edən məkanı olduğunu, bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi etdiyini bildirib.

O, şəhərçikdə Azərbaycanla bağlı keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, Azərbaycana həsr olunan tədbirlərin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.

Fond rəhbəri Azərbaycanı turizm imkanlarının tanıdılması məqsədilə həmin festivallarda iştiraka dəvət edib.

Qeyd edək ki, epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 42 ölkə arasında Qətər də yer alır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top