MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Məmməd Musayev-gorush

Qərbi Azərbaycan vilayətinin valisi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşü keçirilib.
İqtisadi, ticarət  əlaqələrinin  müzakirə olunduğu görüşdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılığa gəlinib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti  Məmməd  Musayev bildirib ki, Azərbaycan-İran əlaqələrinin inkişafında  hər iki ölkənin dövlət başçılarının xüsusi rolu var, son vaxtlar ölkəmizə işgüzar əlaqələrin genişləndirilməsi üçün gələn İran nümayəndə heyətlərin səfərləri də bunun əyani sübutudur. M.Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində ölkəmizdə böyük potensialın olduğundan söhbət açıb. M.Musayev qonaqları Belarusiyada yaradılan Azərbaycan ticarət evi ilə də sıx əməkdaşlıq etməyə dəvət edib.

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan vilayətində sahibkarlıq fəaiyyəti ilə məşğul olan iş adamları  Azərbaycanlı sahibkarlarla birgə əməkdaşlıq edərsə, üçüncü ölkələrə asanlıqla  məhsul ixrac etmək olar.Qonaq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq edəcəyi nümayəndə heyətini   Qərbi Azərbaycan vilayətinə səfərə  dəvət edib, bundan sonra Azərbaycan sahibkarlarının işgüzar əlaqələr qurmağa maraqlarının  yaranacağını da istisna etməyib.

Görüş  iranlı sahibkarların təqdimatları ilə davam edib, onları maraqlandıran suallar cavablandırlıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top