MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Qebele

Qəbələnin turizim obyektləri yeni mövsümə hazırdır

Yay turizm mövsümünə az qalır. Turizm istirahət məkanları isə yeni mövsümə hazırlığı başa çatdırıblar. Son illərdə əsas turizm mərkəzlərindən birinə çevrilən Qəbələ isə ilboyu turist qəbulunu həyata keçirir. Burada həm qış, həm də yay turizmi inkişaf etdirilib. Son illər rayonda yeni turizm mərkəzləri fəaliyyətə başlayıb ki, bu da regionlarda istirahət etmək istəyən turistlərin sayının artmasına müsbət təsir edib.

Çünki füsünkar gözəlliyə malikdir Qəbələ. Burada yaradılan şərait isə təbiətin insana bəxş etdiyi bu gözəllikdən yararlanmaq fürsəti verir. Məsələn, “Tufandağ” Yay-Qış istirahət kompleksində kanatla səyahət etməklə rayonun bütün gözəlliklərinə tamaşa etmək mümkündür. Yaxud da, burada qış aylarında xizəklə sürüşməyin dadını çıxarmaq olar. Restoranlar isə bura gələnlərin sevimli görüş yeri və ən çox əylənə bildiyi məkan rolunu oynayır. “Tufandağ” Yay-Qış istirahət kompleksinin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trass sistemini özlərinə uyğun seçmək imkanlarına malik olmsıdır. Belə ki, hər kəs enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trass seçə bilər.

Bütünlükdə “Tufandağ” Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Rayonda təbiət qoynunda ailəvi istirahət etmək üçün həmçinin kiçik otellər, bir neçə istirahət mərkəzi və turist bazası da fəaliyyət göstərir.

Hazırda rayonda Tufandağ” Yay-Qış İstirahət Kompleksindən başqa irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlər gün ərzində 2500-ə yaxın qonağa restoran və otel xidmətləri, meşə gəzintiləri, qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərini təklif etməyə tam hazırdır. “Qəbələnd” istirahət mərkəzində yaradılan süni buz meydançası isə bura gələnlərin ən çox əylənə bildiyi məkana çevrilib. İstirahət edən turistlərə xatirə olaraq sənətkarlıq nümunələri və milli suvenirlər də təklif olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top