Qax haqqında bilmədiklərimiz! MÜSAHİBƏ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qax haqqında bilmədiklərimiz! MÜSAHİBƏ

“Regionlarımız haqqında Bakıda öyrənək” adlı yeni layihəmizi öz oxucularımıza təqdim edirik.

Yeni layihənin məqsədi,  bölgələr haqqında bilgiləri, paytaxtda yaşayan amma həmin bölgədən olan insanlardan öyrənməkdir. Qonaqlarımız müxtəlif sahələrdə işləyən Qax bölgəsindən olan şəxslərdir.

 İlkin olaraq suallarımızı iqtisadçı ekspert, economic.az portalının təsisçisi və baş redaktoru, biznes üzrə təlimçi və məsləhətçi,  Azərbaycanda Marketinq və Satışın inkişafına dəstək olan gənc Arzu Qafarlıdır.

Arzu Qafarli

Salam Arzu müəllim.

Qax dedikdə ilk olaraq nə düşünürsüz ?

Salam!

Ana vətən, mehriban, zəhmətkeş  insanlar, təmiz hava, saf su. Qədim yurd, rəngarəng iqlim, zəngin fauna, şirinsulu bulaqlar . Bu sualla ilk dəfə qarşılaşdım. Qax dedikdə şəxsi olaraq  ağlıma ilkin olaraq bu kəlmələr  gəldi.

Bəs İqtisadi baxımdan ?

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarındandır. Eyni zamanda  region cəlbedici turizm mərkəzlərindən biri kimi tanınır.

İqtisadçı olaraq, digər rayonlarımız kimi Qaxıda yaxından izləyirəm. Rayonda sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, mühüm tədbirlər görülüb.

Hər il yayda rayonda oluram. Hər getdiyimdə yeniliklərlə rastlaşıram. Rayonda yüksək standartlara cavab verən Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi Xəstəxana, Mədəniyyət evi təmir edilmiş. Hamının diqqətini cəlb edən İçəri Bazar Mədəniyyət və Turizm Mərkəzi bərpa olunmuş. Buda gələn turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağı daha da artırıb.

 Rayonda  turistlər üçün onları qane edəcək şərait yaradılıbmı ?

İlkin olaraq onu qeyd edim ki, qeyri-neft sektorunun inkişafı siyasətinin uğurlu nəticələri özünü Qaxda göstərib.

Daha dəqiq desək, Qaxda yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparılır.

Buda gələn turistlərin razı qalmasına müsbət təsir edir.

Hər il yayda rayona getdiyimdə, turistlərin ilbəil daha çox gəldiyini görürəm. Ölkəmizlə yanaşı, xaricdən gələn turistlərində sayında artımlar görülür.

Turistlərin sayının çoxalmasında  səbəb,  Qaxın Qədim yurd yeri olması və rayonun ərazisində tarixi abidələrin çoxluğunun olmasıdır.

Bundan əlavə rayonun coğrafi mövqeyinin turizm üçün əlverişli olması insanların diqqətini cəlb edir.

İnsanlar il boyu işləyir, məzuniyyətə çıxdığında istirahət üçün ən yaxşı yerlərdə dincəlmək istəyir. Qaxda istirahət üçün hər bir şərait var. Bu yay sizi də dəvət edirəm, qonağımız olarsınız.  Rayonumuza təklif buyurmuş dostlarım,  rayonun təbiəti ilə yanaşı, həmçinin İçəri şəhər bazarını çox bəyənirlər. İçəri bazar  tarixi abidə kimi ölkəmizin ən maraqlı turizm mərkəzlərin dən biridir. Burada zövqə uyğun dizaynla, dükanlar tikilib, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir.

Turizmlə bağlı çox danışmaq olar. Ən yaxşısı budur ki,  bu əfsanəni gəlib canlı görmək lazımdır.

Arzu Qafarlı telim

Qeyri neft sektorunun inkişafı ilə bağlı rayonda başqa hansı işlər görülür ?

Rayonda İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. İnkişaf etmiş, aqrar-sənaye rayonlarından biri olan Qaxı bu gün hər yerdə nümunə kimi göstərmək mümkündür.

Yeyinti sənayesi, bağçılıq, əsasən bitkiçilik (tütün və taxılçılıq), heyvandarlıq məhsullarının istehsalı qeyri-neft sektorunun inkişafına uğurla təkan verir.

Rayonda həyata keçirilən layihələrdən magistral yolların çəkilməsi,  əhalinin içməli su ilə təminatı özəlliklə diqqətimi cəlb etdi. Bu addımı uğurlu bir iş kimi qiymətləndirir və təqdirəlayiq hesab edirəm.

Hansısa bir sözünüz varmı oxucularımıza?

Təbiətin yaratdığı bu gözəl mənzərədən yararlanmaq lazımdır. Ən gözəl məkan, ən yaxşı istirahət Azərbaycandadır. Rəngarəng iqlim, zəngin faunanı görmək istəyən, şirinsulu bulaqlardan dadmaq istəyən, ruhunun dincəlməsini istəyən, elə öz ölkəmizdə bunu tapa və edə bilər. Nə qədər ki, sağıq, varıq sağlamlığımızın qədrini bilək, bu gözəl təbiətdən istifadə edək. Hamıya xoş istirahətlər arzulayıram.

-Çox sağolun Arzu müəllim təşəkkür edirik, sizinlə söhbət xoş oldu.

-Buyurun. Sizinlədə.

 

 

Növbəti suallarımızla, Bakıda ilk və tək Qax mətbəxinin təmsilçisi olan  Qaxac restoranın rəhbəri Fəqan Mahmudova yaxınlaşdıq.

FB_IMG_14605468656818577

Salam Fəqan müəllim. Qax mətbəxi haqqında çox eşitmişik, bu haqqda nə deyə bilərsiniz?

Salam. Qax mətbəxi ölkəmizin kulinariyasında öz dəsti xətti ilə seçilən və bölgə təamları arasında öz dadı ilə seçilən mətbəxdir. Şimal-şərq bölgəsini xarakterizə etsək daha çox çeşidliyi ilə seçilən Qax mətbəxi ta qədimdən dövrümüzə qədər gəlib çıxmış və hər bir xorəyində öz qədimliyi ilə yanaşı öz dadı ilə də hər zaman seçilmişdir.

Bakıda Qax mətbəxini təmsil edirsiniz. Gələcəkdə xaricdə də bu təbliğatı etmək fikriniz varmı?

Təbii ki, Bakıda ilk və tək Qax mətbəxinin təmsilçisi olmaq həm çətin, həm də məsuliyyətli, özlüyündə isə şərəfli bir işdir. Əsas məqsədimiz şəhər camaatına bölgəmizin müxtəlif yeməklərini daddırmaq və ağız dadlarını dəyişərək bir növ insanları valeh etməkdir. Zaman keçdikcə məqsədlərimiz genişlənir və Bakımıza gələn xarici qonaqları və turistləri də milli mətbəximizin gözəl təamlarından daddırmaqdır.

FB_IMG_14605468892009102

Mətbəxinizdən digər rayondan olan insanlar nə deyirlər, ən çox hansı yeməyi bəyənirlər?

Mətbəximizi demək olar ki ölkənin hər güşəsindən olan insanlar dadır və indiyədək narazı qalan şükür ki olmayıb. Axı niyə də olsun? Azərbaycan mətbəxi illərdir ki bütün dünyanı valeh edib. Turistləri ölkəmizə cəlb edən həm də mətbəximizdir. Qaxımızın qaxac sürhüllü, xalyar, girs, gicitkən kətə və müxtəlif cür plovları hər kəsi valeh edir. Məqsədlərimiz dən biri də bir dəfə gələn insanın təkrarən gəlməsini istəməyimizdir və bunun üçün əlimizdən gələni edirik.

Qax mətbəxinin fərqli mətbəx olduğunu bilirik. İnsan sağlamlığı üçün nə kimi xeyri vardır?

Qax mətbəxinin fərqi əsas ondadır ki, Qax rayonu çox səfalı və gözəl təbiətə malikdir. Hansı ki, burda yetişdirilən bütün ərzaqlar təbiidir və özünəməxsus dadı ilə seçilir. Buna görə də yeməklər həm çox dadlı, həm də insan üçün xeyirli olur. Misal göstərə bilərəm ki, qaxacla sürhüllü soyuqdəymənin dərmanıdır. Bunu Qaxlılar daha yaxşı bilir.

FB_IMG_14605469241543445

Çox maraqlıdır. Bu gözəl mətbəxin təamlarından dadmaq üçün insanlar hara yaxınlaşa bilərlər ?

Qaxac ailəvi restoran Binəqədi rayon, 6-cı mkr, Zərifə Əliyeva adına göz klinikasının yanına gəlməklə rahat tapa bilərlər.

-Təşəkkür edirik Fəqan müəllim. İşlərinizdə uğurlar arzu edirik.

-Buyurun. Sizədə uğurlar arzu edirəm.

Müsahibəni hazırladı:

Şahin Sağlam

economic.az

 

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top