Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarındandır.MÜSAHİBƏ – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarındandır.MÜSAHİBƏ

“Qeyri-neft sektorunun inkişafı siyasətinin uğurlu nəticələri özünü Qaxda göstərib”. 

İnkişaf etmiş, aqrar-sənaye rayonlarından biri olan Qaxı bu gün hər yerdə nümunə kimi göstərmək mümkündür.

Qaxda yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparılır.

Arzu Qafarlı

 

“Regionlarımız haqqında Bakıda öyrənək” adlı yeni layihəmizi oxucularımıza təqdim edirik.

Yeni layihənin məqsədi,  bölgələr haqqında bilgiləri, paytaxtda yaşayan amma həmin bölgədən olan insanlardan öyrənməkdir. Qonaqlarımız müxtəlif sahələrdə işləyən Qax bölgəsindən olan şəxslərdir.

 İlkin olaraq suallarımızı iqtisadçı ekspert, economic.az portalının təsisçisi və baş redaktoru, biznes üzrə təlimçi və məsləhətçi,  Azərbaycanda Marketinq və Satışın inkişafına dəstək olan gənc Arzu Qafarlıdır.

Salam Arzu müəllim.

Qax dedikdə ilk olaraq nə düşünürsüz ?

Salam!

Ana vətən, mehriban, zəhmətkeş  insanlar, təmiz hava, saf su. Qədim yurd, rəngarəng iqlim, zəngin fauna, şirinsulu bulaqlar . Bu sualla ilk dəfə qarşılaşdım. Qax dedikdə şəxsi olaraq  ağlıma ilkin olaraq bu kəlmələr  gəldi.

Bəs İqtisadi baxımdan ?

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarındandır. Eyni zamanda  region cəlbedici turizm mərkəzlərindən biri kimi tanınır.

İqtisadçı olaraq, digər rayonlarımız kimi Qaxıda yaxından izləyirəm. Rayonda sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində, mühüm tədbirlər görülüb.

Hər il yayda rayonda oluram. Hər getdiyimdə yeniliklərlə rastlaşıram. Rayonda yüksək standartlara cavab verən Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi Xəstəxana, Mədəniyyət evi təmir edilmiş. Hamının diqqətini cəlb edən İçəri Bazar Mədəniyyət və Turizm Mərkəzi bərpa olunmuş. Bu da gələn turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən Qax rayonuna marağı daha da artırıb.

 Rayonda  turistlər üçün onları qane edəcək şərait yaradılıbmı ?

İlkin olaraq onu qeyd edim ki, qeyri-neft sektorunun inkişafı siyasətinin uğurlu nəticələri özünü Qaxda göstərib.

Daha dəqiq desək, Qaxda yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü iş aparılır.

Buda gələn turistlərin razı qalmasına müsbət təsir edir.

Hər il yayda rayona getdiyimdə, turistlərin ilbəil daha çox gəldiyini görürəm. Ölkəmizlə yanaşı, xaricdən gələn turistlərində sayında artımlar görülür.

Turistlərin sayının çoxalmasında  səbəb,  Qaxın Qədim yurd yeri olması və rayonun ərazisində tarixi abidələrin çoxluğunun olmasıdır.

Bundan əlavə rayonun coğrafi mövqeyinin turizm üçün əlverişli olması insanların diqqətini cəlb edir.

İnsanlar il boyu işləyir, məzuniyyətə çıxdığında istirahət üçün ən yaxşı yerlərdə dincəlmək istəyir. Qaxda istirahət üçün hər bir şərait var. Bu yay sizi də dəvət edirəm, qonağımız olarsınız.  Rayonumuza təklif buyurmuş dostlarım,  rayonun təbiəti ilə yanaşı, həmçinin İçəri şəhər bazarını çox bəyənirlər. İçəri bazar  tarixi abidə kimi ölkəmizin ən maraqlı turizm mərkəzlərin dən biridir. Burada zövqə uyğun dizaynla, dükanlar tikilib, bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir.

Turizmlə bağlı çox danışmaq olar. Ən yaxşısı budur ki,  bu əfsanəni gəlib canlı görmək lazımdır.

Qeyri neft sektorunun inkişafı ilə bağlı rayonda başqa hansı işlər görülür ?

Rayonda İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. İnkişaf etmiş, aqrar-sənaye rayonlarından biri olan Qaxı bu gün hər yerdə nümunə kimi göstərmək mümkündür.

Yeyinti sənayesi, bağçılıq, əsasən bitkiçilik (tütün və taxılçılıq), heyvandarlıq məhsullarının istehsalı qeyri-neft sektorunun inkişafına uğurla təkan verir.

Rayonda həyata keçirilən layihələrdən magistral yolların çəkilməsi,  əhalinin içməli su ilə təminatı özəlliklə diqqətimi cəlb etdi. Bu addımı uğurlu bir iş kimi qiymətləndirir və təqdirəlayiq hesab edirəm.

Hansısa bir sözünüz varmı oxucularımıza?

Təbiətin yaratdığı bu gözəl mənzərədən yararlanmaq lazımdır. Ən gözəl məkan, ən yaxşı istirahət Azərbaycandadır. Rəngarəng iqlim, zəngin faunanı görmək istəyən, şirinsulu bulaqlardan dadmaq istəyən, ruhunun dincəlməsini istəyən, elə öz ölkəmizdə bunu tapa və edə bilər. Nə qədər ki, sağıq, varıq sağlamlığımızın qədrini bilək, bu gözəl təbiətdən istifadə edək. Hamıya xoş istirahətlər arzulayıram.

-Çox sağolun Arzu müəllim təşəkkür edirik, sizinlə söhbət xoş oldu.

-Buyurun. Sizinlədə.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top