MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ie

Prezident: “İqtisadiyyatımız 3.2 dəfə artıb”

“Son illərdə ölkəmizin iqtisadi müstəqilliyi təmin olunur, iqtisadiyyatımız 3,2 dəfə artıb.  Böyük valyuta ehtiyatları yaranıb. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir”.

Bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Davos iqtisadi forumunun hesabatına görə, Azərbaycan  iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 35-ci yerdədir: “Bundan əlavə, sosial dövlət olan Azərbaycanda bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələr bir daha təsdiqləyir ki,  ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Məhz Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası , Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf  strategiyası təmin olunub”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top