Paytaxtın əsas magistral yolunda azaldılan maksimal sürət həddi bərpa olunub
Dünən Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas magistral yolda azaldılan maksimal sürət həddi yenidən bərpa olunub.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, aprelin 9-da paytaxtda yağan güclü yağışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürət həddi azaldılıb. Belə ki, Heydər Əliyev prospekti boyunca – mərkəzdən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə, həmçinin Zığ dairəsindən hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə maksimal sürət həddi saatda 20 kilometr endirilib. Bu gün səhər saatlarından etibarən isə sürət həddi yenidən bərpa edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]