“PAŞA Həyat” tələbələr üçün növbəti təlimə yekun vurub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“PAŞA Həyat” tələbələr üçün növbəti təlimə yekun vurub

“PAŞA Həyat” şirkəti maarifləndirmə işlərini uğurla davam etdirir. Economic.az “APA-Economics”ə istinadən xəbər verir ki, “PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün növbəti 73-cü təlimini başa çatdırıb.

Bu ilin aprel ayının 13-15-i tarixlərində şirkətin baş ofisində təşkil olunmuş təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələrlə yanaşı, mövzu ilə maraqlanan digər şəxslər də iştirak edib. Təlimdə tələbələrə həyat və qeyri-həyat sığortası, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib. Təlimin sonunda tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın müvafiq sertifikatları təqdim olunub.

Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (Master Klaslar) təşkil edir. Tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1700-dək tələbə iştirak edib. Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top