“OPEC+” ölkələri mayın 1-dən bu vaxtadək xam neft hasilatını təxminən 23 faiz azaldıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“OPEC+” ölkələri mayın 1-dən bu vaxtadək xam neft hasilatını təxminən 23 faiz azaldıb

Gələn aydan “OPEC+” üzrə hasilat məhdudiyyətləri gündəlik 2 milyon barrel azaldılacaq. Bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib.
O, “OPEC+” ölkələrinin hasilat məhdudiyyətinin avqustun 1-dən başlayaraq sutkada 7,7 milyon barrel olacağını deyib. Lakin bəzi “OPEC+” ölkələri may və iyun aylarında öz kvotalarından çox neft istehsal etdiyi üçün avqust və sentyabr aylarında əlavə məhdudiyyətlər tətbiq etməklə vəziyyəti kompensasiya edəcək. Nəticədə “OPEC+” üzrə ümumi hasilat həcmi avqust ayında gündəlik 8,1 milyon barrel olacaq. “OPEC+” ölkələrin mayın 1-dən bu vaxtadək xam neft hasilatını təxminən 23 faiz azaldıb.
Nazir istehsal məhdudiyyətlərinin azaldılması nəticəsində bazarda əlavə tədarükün olmaması üçün ölkələrin həmin həcmləri daxili bazarda istehlak edəcəklərini bildirib.
Qeyd edək ki, “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barrel azaldıb. Beləliklə Azərbaycan 164 min barrel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.
Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib. AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top