MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

David Məmmədov

Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün sistemli iş aparılır

Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün sistemli iş aparılır, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır.

Bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov aprelin 12-də İqtisadiyyat Nazirliyi və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbirdə bildirib. Tədbirdə qeyri-neft sektorunun inkişafı üçün reallaşdırılan layihələr müzakirə edilir.

D.Məmmədov qeyd edib ki, illərdir Azərbaycanın ixracının əsas hissəsini neft-qaz sahəsi təşkil edir. Lakin hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün sistemli iş aparılır, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır. O, SOCAR-ın ölkədə həyata keçirdiyi iri layihələrdən, onların perspektivlərindən və qeyri-neft sektoruna verəcəyi töhfələrdən danışıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkədə qeyri-neft sektorunun inkişafı üçün atılan addımlardan, həyata keçirilən dövlət proqramlarından danışıb. Qeyd edib ki, bu sahədə qarşıya qoyulan əsas məqsəd ixracyönümlü istehsal müəssisələrinin sayının artırılması və ölkənin ixrac potensialında qeyri-neft sektorunun həcminin artırılmasıdır.

Sonra mövzu ilə bağlı müxtəlif yerli və xarici şirkətlərin nümayəndələrinin məruzələri dinlənilib, təqdimatlar keçirilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top