Oğuz Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Oğuz Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.

Lot-1. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması .

Lot-2. Mexanizmlərlə torpaq işlərinin görülməsi (suvarma kanallarının lildən təmizlənməsi və çay məcralarının tənzimlənməsi).

Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə elektron formada təqdim etsinlər.Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

-aşağı qiymət,yüksək keyfiyyət,müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.Əlaqələndirici şəxs – Məmmədov Vahid Mirsahib oğlu.

Ünvan – Oğuz şəhəri, 20 yanvar küçəsi 3.

E-mail – oguzssi@inbox.ru

Telefon – 024 21 5 20- 76, 024 21 5 32-56.

Maraqlananlar tenderin əsas şərtlər toplu­sunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesa­ba maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə 200 (iki yüz) ma­nat, mexanizmlərlə torpaq işlərinin görülməsi (suvarma kanallarının lildən təmizlənməsi və çay məcralarının tənzimlənməsi) üçün 500 (beş yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat – Oğuz Suvarma Sistemləri İdarəsi

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h- AZ18CTRE00000000000002350301

VÖEN-6600073211

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

Kod- 210005

M/h- AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: BIK CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

2. Tender təklifi (tender təklifi zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).

3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti ten­der təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır.

Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

1. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında arayış – (2021-ci il mayın 1-dən sonra alınmış və notarial təsdiqlənmiş sənəd olması mütləqdir).

2. Qeydiyyatdan keçdiyi ölkə – notarial təsdiqlə.

3. İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti – (2020-ci ilin yekunlarına aid hesabat. Notarial təsdiqlə və ya vergi orqanının rəsmi blankında).

4. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd – (2021-ci il mayın 1-dən sonra alınmış və notarial təsdiqlənmiş sənəd olması mütləqdir).

5. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması – (2021-ci il mayın 1-dən sonra alınmış və notarial təsdiqlənmiş sənəd olması mütləqdir).

6. Sahibkarlıq subyektinin meyarı – statistika komitəsindən alınmalı.

7. Nizamnamə – notarial təsdiqlə.

8. Rekvizitlər – Pdf formatda.

9. Maliyyə vəziyyəti haqqında bank arayışı – 2020-ci il mayın 1-dən 2021-ci il mayın 1-dək olan dövrü əhatə etməli (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı).

Malgöndərənlər (podratçılar) bəndlərdə qeyd olunan sənədləri tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 16 iyun 2021-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) tender təklifi və bank təminatını isə 24 iyun 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 25 iyun 2021-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top