MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

NIKOIL Bank

“NIKOIL Bank” “Yay təcrübə proqramı”na başlayır

“NIKOIL Bank” paytaxtın və regionların ali təhsil müəssisələrinin məzunları üçün “Yay təcrübə proqramı”na start verib.

Mayın 1-dən avqustun 1-dək müvafiq olaraq bankın baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcək.

Proqramın davam etdiyi bütün dövr ərzində təcrübəçilər “NIKOIL Bank”, Azərbaycan Respublikasının bankları haqqında qanun, korporativ davranış və yazışmalar kodeksi, biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satışlar texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və sairə kimi mövzuların müzakirə olunacağı treninqlərdə iştirak edəcək.

AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top