
Niderland portalı: Azərbaycanın təbii qazı Avropaya axır
Yeddi illik inşaat və ümumilikdə, 40 milyard avro investisiya yatırımından sonra ilk dəfə Azərbaycanın təbii qazı 3500 kilometrlik kəmər vasitəsilə Avropaya axır.
Economic.az Trend-ə istinadən xəbər verir ki, bu sözlər Niderlandın “de Volkskrant” portalında dərc olunmuş “Azərbaycanın təbii qazı Avropaya axır” adlı məqalədə yer alıb.
Məqalədə qeyd olunub ki, digər Avropa ölkələri kimi Türkiyənin də ərazisindən keçən Cənub Qaz Dəhlizi Avropanın enerji asılılığını azaldacaq. Yunanıstan və İtaliya arasında sonuncu seqmentin istifadəyə verilməsi Yeni ilin böyük hadisəsidir.
Vurğulanıb ki, bu qaz kəməri vasitəsilə Avropaya hər il 10 milyard kubmetr təbii qaz çatdırılacaq. Bu, Avropa ölkələrinin illik 500 milyard kubmetr təbii qaz istehlakının bir hissəsini təmin edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb
Bildirilir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, […]
-
Cəlil Məmmədquluzadə küçəsinin təmiri davam edir
Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin təmiri davam edir VİDEO/FOTO 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi […]
-
Azərbaycan bu il 22 ölkəyə neft ixrac edib – REYTİNQ
Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 3 327 937,37 min ABŞ dolları dəyərində 4 737 […]