MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

neft-ekonomik.az

Neftin qiyməti 44 dolları ötdü.

Əlvan metal ucuzlaşdı, neftin qiyməti 44 dolları ötdü.
Neft qurğusu

Neft qurğusu

Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 44.33 dollar təşkil edir.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 41.68 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 43,47 dollar təşkil edib.

Dünya bazarında 13.04.16 tarixində neftin qiyməti

Dünya bazarında 13.04.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,42 dollar olub. Platinin 1 qramı 32,07 dollar, palladiumun 1 qramı isə 17,56 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0,51 dollar müəyyənləşib.

Dünya bazarında 13.04.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 13.04.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 12.04.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5264 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7412 manat, Rusiya rublu isə cüzi bahalaşaraq 0.0228 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.1742 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5395 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi

Valyutanın məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 13.04.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5264 səviyyəsində müəyyən olunub. anspress

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top