Nazir müavini: “Restoran və şadlıq evlərinə kameraların quraşdırılması başa çatıb”
“Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb”.
Bu barədə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən “Açıq qapı günü” çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi də yekunlaşıb: “Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiyini və getdiyini, o cümlədən aldığı qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaq. Vergilər Nazirliyi müğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədiyi məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq”.
BƏNZƏR MƏQALƏLƏR
-
“Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na […]
-
Vətən mühasibəsi iştirakçı rəhbər vəzifəyə təyin edildi
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Suraxanı rayonu üzrə 12 […]
-
Azərbaycanın bölgələrində yeni ağır atletika idman zalları istifadəyə verilib
Azərbaycanın daha üç bölgəsində yeni ağır atletika idman zalları istifadəyə verilib Respublikada ağır atletika idman […]