MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

NAZİR HEYDƏR ƏSƏDOV

NAZİR HEYDƏR ƏSƏDOV VƏ RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ MACARISTANDA SƏFƏRDƏ OLUB

May ayının 22-25 tarixllərində Azərbaycan Respublika- sının kənd təsərrüfatı naziri Heydər Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın kənd təsərrüfatı və ətraf mühit naziri Şandor Fazekaşın dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub. Səfər zamanı iki ölkənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib və aqrar sahədə iki tərəfli əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb. Macarıstanın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyində təşkil olunan biznes-forumda azərbaycanlı və macar iş adamları dənli bitkilər, toxumçuluq, cins maldarlıq, ət və süd istehsalı, emal sənayesi və s. NAZİR HEYDƏR ƏSƏDOV VƏ RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ MACARISTANDA SƏFƏRDƏ OLUBsahələrdə gələcək birgə əməkdaşlıq yollarını müzakirə ediblər. Ölkəmizə olan böyük maraq nəticəsində biznes-forumda 60-dan çox macar şirkətinin nümayəndəsi iştirak edib.

Səfər çərçivəsində Nazir Heydər Əsədov Avropanın ikinci ən böyük quşçuluq müəssisəsi sayılan Tetra Ltd. kombinatında, qabaqcıl texnologiya əsasında qurulmuş toxumçuluq mərkəzi “Mezofalva Kft”-də, cins heyvandarlıq üzrə ixtisaslaşan “Hunland Kft”-də olub, Azərbaycanla əməkdaşlığa maraq göstərən bu iri istehsalat birliklərinin işi ilə tanış olub, mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparıb.

Həmçinin Azərbaycanlı iş adamları ilə macar həmkarları arasında bir sıra sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı ilkin müzakirələr aparılıb, bəzi niyyət protokolları imzalanıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top