Naxçıvanda ümumi daxili məhsul İstehsalı artıb – 2,5 faiz – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Naxçıvanda ümumi daxili məhsul İstehsalı artıb – 2,5 faiz

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu ilin ilk rübündə də davam etdirilib. Cari ilin yanvar-mart ayları ərzində inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 478 milyon 932 min manata çatıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, bu da bir il əvvəlki müvafiq göstəricidən 2,5 faiz çoxdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1076 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 33 faizlik payla sənaye sahəsi tutub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında sənaye məhsulunun həcmi 1,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 2,6 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,6 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 3,5 faiz, hər bir nəfərə düşən gəlirlər 2,4 faiz artıb.

Muxtar respublikada iri sənaye obyektlərinin istifadəyə verilməsi, yeni məhsul növlərinin istehsalı sənayeləşmə prosesini daha da sürətləndirib, dinamik inkişaf təmin edilib.

Yanvar-mart aylarında muxtar respublikada 229 milyon 269 min 500 manat həcmində sənaye məhsulu istehsal olunub. Bunun 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 9 milyon 654 min 600 manatlıq, qeyri-dövlət sektorunda isə 219 milyon 614 min 900 manatlıq məhsul istehsal edilib. Sənaye məhsulunun 95,8 faizi özəl sektorun payına düşüb. //AzərTac

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top