MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

posterminal

Nağdsız əməliyyatların həcmi 2,1 dəfə artıb

2022-ci il mart ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 11 milyon 771 min ədəd təşkil edib. Mərkəzi Bnakın hesabatına əsasən, bu, fevralın sonu ilə müqayisədə 243 min ədəd çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin göstərici 20,5 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 19,1 faiz, kredit kartları üzrə 31 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 24 min, kredit kartları 355 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb. 2022-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 688 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 242 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 443 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Mart ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 38,1 faizini təşkil edib.

Martda bankların ödəniş xidməti şəbəkəsi üzrə artım müşahidə olunub: ötən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6,2 faiz, POS-terminalların sayı 13,9 faiz artıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top