Müxtəlif təyinatlı torpaq vergisi necə hesablanır?
ECONOMİC: Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.
Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə vergi 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.
Bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır.
Xatırladaq ki, torpaq vergisi bəyannamələri müəssisələr tərəfindən hər il may ayının 15-dək illik təqdim edilir, avqustun 15-i və noyabrın 15-nə qədər bərabər hissələrlə ödənilir.
Fiziki şəxslər üçün torpaq vergisinin hesablanması iyulun 1-dən əvvəl yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və bu barədə avqustun 1-dək fiziki şəxsə məlumat verilir.
BƏNZƏR MƏQALƏLƏR
-
Vergi borcları hansı hallarda silinə bilər?
Vergilər Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə […]
-
Gecikən bəyannamələrə 40 manat maliyyə sanksiyası tətbiq ediləcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Economic.az verir ki, müraciətdə deyilir ki, […]
-
ƏDV – dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib
“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem […]