
Misirdə turizmin inkişafına dair yeni konsepsiya hazırlanıb
Misirin Turizm Nazirliyi ölkədə turizmin inkişafına dair yeni konsepsiyanı təqdim edib.
Misirin turizm naziri Raniya Maşatın sözlərin görə, turizmin beş əsas istiqamət üzrə inkişaf etdirilməsi nəzərdə tutulur: inzibati və kadr islahatları, ölkənin rebrendinqi, yeni bazarlara çıxış, birbaşa sərmayələrin cəlb olunması və qanunvericilik bazasının təkmilləşdirilməsi.
Nazir əlavə edib ki, beynəlxalq sərgilərdə daha fəal iştirak etmək və sosial şəbəkələrdə geniş təbliğat aparmaq ölkəyə turist axınını təmin edilməsinin ən optimal yollarıdır. Onun sözlərinə görə, yeni bazarlara çıxış Asiya və Şərqi Avropa ölkələrinə, xüsusən Ukrayna, Çin və Hindistana diqqətin artırılmasını, habelə Fars körfəzi ölkələrində marketinqin genişləndirilməsini nəzərdə tutur.
Misirin Turizm Nazirliyi, həmçinin otel şəbəkəsini yaxşılaşdırmağı və problemli kurortların əsaslı təmiri üçün birbaşa sərmayə fondunun yaradılmasını planlaşdırır. Eyni zamanda, dövlət orqanları otellərin qiymət siyasətinə müdaxilə etməyəcək.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb
Тело сообщения Əgər e-məktub düzgün görünmürsə, buraya klik edin. Cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb […]
Aqroturizmin inkişaf etdirilməsi üçün bələdçi kitabı hazırlanıb
Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizm […]
Florian Zenqstşmid: “Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”
“Hindistan Azərbaycan turizmi üçün vacib bazardır”. Bunu avqustun 21-də Azərbaycan və Hindistanın 30-a yaxın turizm […]