MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

16254963703359911549_750x500

“Məşğulluq marafonu”na son bir həftədə daha 30 işəgötürən qoşularaq 300-ə yaxın vakansiya təqdim edib

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Bakı və ölkəmizin bölgələri üzrə fəaliyyət göstərən həmin işəgötürənlərin 110-u xidmət, 60-ı emal, 17-si kənd təsərrüfatı, qalanları tikinti sahələri üzrədir. Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top