
“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək
ECONOMIC: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır. Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə də informasiyalar da reyestrdə əksini tapacaq.
Reyestrin yaradılmasında məqsəd əmək bazarı ilə bağlı informasiya bazasını inkişaf etdirmək, qeyri-formal məşğulluğa nəzarət tədbirlərini gücləndirmək və daha effektiv fəaliyyəti təşkil etməkdir.
“Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr gələn ilin əvvəlindən artıq istifadəyə veriləcək.
BƏNZƏR MƏQALƏLƏR
Bütün pensiyalar bu tarixdə tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət Sosial Müdafiə […]
Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq
Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair Müqavilə imzalanıb Azərbaycan Respublikası ilə Rusiya Federasiyası […]
“Dövlət İcbari Şəxsi Sığorta” altsisteminin qurulması işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığorta üzrə ödənişləri də proaktiv qaydada təyin […]