Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mərkəzi Bank “Banklararası Kart Mərkəzi”ni istismara verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) istismara verilib.

Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə həyata keçirilən növbəti tədbir Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən “Banklararası Kart Mərkəzi”nin istismara verilməsidir. Beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə Mərkəzi Bank tərəfindən yaradılan BKM aprelin 1-dən tam istismara verilib.

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə Azərbaycan daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top